İnterpress.az xəbər verir ki, ABŞ-ın fərqli əyalətlərində yaşayan yüzlərlə Axısqa türkü, 1944-ci ildə torpaqlarından sürgün edilmələrini xatırlamaq üçün Ağ Ev qarşısında toplanıb. Axısqa türklərinin Şura sədri Aydın Məmmədov, Axısqa türklərinin 9 fərqli ölkəyə sürgün olunduğuna diqqəti çəkərək,—\”Gələcək nəsillərimizə bunu unutmamaq üçün burdayıq\”—deyib.
Axısqalıların sürgün edilmələrinə bağlı olaraq ABŞ Konqresinə də məktub yollayacaklarını deyən Məmmədov,—\”vaqonlara mindirilib ana vətənimizdən qovulduq. Türkiyəni sevirik, lakin ana vətən unudulmaz\”—deyə nitq söyləyib.
Həmçinin anma mərasimində Axısqa Türkləri liderlərindən Müqəddəm Maqsudov da birlik çağırışı edib. Maqsudov, prezident Rəcəb Tayyib Ərdoğanın onlara hər cür kömək etdiyini də söyləyib.
İnterpress.az