İnterpress.az xəbər verir ki, Gülzadə Həmzəyova adlı qız anası Şükufə Həmzəyova ilə uzun müddət yola getməyib. Buna görə də kəndin icra nümayəndəsi onlara vaqon verib ki, ayrı-ayrı yerlərdə yaşasınlar. Lakin bu da ana və qızın mübahisəsini səngitməyib. Nəticədə bu gün səhər 19-20 yaşı olduğu təxmin edilən Gülzadə Həmzəyova anası, 70 yaşlı Şükufə Həmzəyovanı kəndin yaxınlığındakı uçuruma gətirərək oradan aşağı atıb.
Təxminən 30-40 metr hündürlüyü olan uçurumdan düşən yaşlı qadını kənd sakinləri xilas edərək evə gətirib və polisi hadisə ilə bağlı məlumatlandırıblar. Qadın ölməsə də, bədənində çoxsaylı sınığın olduğu deyilir.
Qeyd edək ki, Gülzadə Həmzəyovanın ruhi xəstə olduğu bildirilir. O bir neçə gün öncə Bakıda ruhi müalicə alaraq İsmayıllıya qayıdıb. (azvision.az)
İnterpress.az