Tramp-ın övladları – FOTObackend

Tramp-ın övladları – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1.Barron Tramp Donald və Melania-nın hazırkı evliliyindən yeganə ortaq övladıdır. Kampaniya ərzində 10 yaşlı Barron ara-sıra gözə dəyib, lakin onu əsasən kənar nəzərlərdən gizlədiblər. O atası ilə qolf oynayır və deyilənə görə anasının ana dili olan Sloven dilində səlis danışa bilir.

2.Melania Tramp Sloveniyada doğulub, keçmişdə model kimi çalışıb. Donald Tramp-la 2005-ci ildən evlidir. 2016-cı ilin iyul ayında Respublikaçı Partiyanın qurultayında etdiyi çıxışı ilə xəbər başlıqlarına çıxmışdı. Onu öz çıxışını Mişel Obama-nın 2008-ci il nitqindən plagiat yolu ilə köçürməkdə ittiham etmişdilər. Melania ötən oktyabrda CNN telekanalına müsahibəsində \”ərinizin hansı xasiyyətini dəyişmək istərdiniz\” sualına \”onun tvitləməsini\” cavabını vermişdi.

3.Jared Kusner Donald-ın böyük qızı İvankanın əridir. Cənab Kusner tanınmış Nyu York inşaatçısının oğludur. O on ildir ki, Nyu Yorkda çıxan həftəlik Observer qəzetinin sahibidir. Cənab Kusner yəhudidir və deyilənə görə bununla əlaqədar hətta öz ailəsini də əsəbiləşdirən hərəkətə yol verib. O Donald Tramp-ı Hillari Klinton-un hücumlarından qoruyarkən yazdığı tvitdə Davudun altıgüşəli ulduzundan istifadə edib. Öz qəzetində yazdığı məqalədə Kusner qeyd edirdi: \”Mənim qaynatam antisemit deyil\”. Daha sonra yazırdı: \”Mənimlə jurnalistlərin və Tvitter qaragüruhunun arasında olan fərq budur ki, onlar mənim qaynatamı tanımırlar, mənsə tanıyıram\”.

4. Ivanka Tramp Donald Tramp-ın uşaqları arasında yəqin ki, ən məşhurudur. O Tramp-ın İvana ilə evliyiliyindən olan tək qız övladıdır. O yeniyetməlik illərində modellik edib, amma indi Tramp təşkilatının vitse-prezidentidir. İvanka bundan başqa atasının Apprentice televiziya şousunda aparıcılıq edib. O, 2009-cu ildə Jared-lə evlənəndə yəhudiliyi qəbul edib. Respublikaçıların qurultayında etdiyi çıxışda İvanka atasının qadınlara dəstəyi barədə danışıb. \”Özüm üç uşaq anası kimi bilirəm ki, uşaq böyüdən qadının işləməsi nə qədər ağırdır. Onu da bilirəm ki, mənim bu işdə bəxtim başqalarından çox gətirib. Amerika ailələrinə dəstək lazımdır. Uşaqlı qadınlara tərəqqi imkanı verən siyasətlər istisna yox, norma olmalıdır\” – deyib İvanka.

5. Tiffany Tramp Donald Tramp-ın ikinci arvadı Marla Maples-dən olan qızıdır. O keçmiş aktrisa və teleşou ulduzudur. Twitter və İnstagram-ın azarkeşidir. Bu platformalarda özünün qlamur həyat tərzini əks etdirən fotolarını nümayiş etdirir. O seçki zamanı o qədər də nəzərə çapmayıb, hərçənd qurultayda etdiyi \”fantastik\” çıxışına görə atasından \”afərin\” qazanıb.

6.Vanessa Tramp (qızlıq soyadı Heydon) oğul Donald Tramp-la 2005-ci ilin noyabrında evlənib. Onların, səkkiz yaşlı Kai da daxil beş övladı var. Vanessa uşaqlıq illərində modellik edib və bir vaxtlar Leonardo Di Caprio ilə görüşürmüş. O qayını Erick-in xeyriyyə təşkilatının icraiyyə komitəsində çalışır. Vanessa evdə silah saxlayır və tapança səsboğucuları istehsal edən SilencerCo şirkətinin məlumatına görə gizli silah gəzdirmək lisenziyası var. Tez-tez atıcılıq məşqlərinə gedir.

7. Kai Tramp Vanessa və oğul Tramp-ın beş övladından ən böyüyüdür.

8. Oğul Donald Tramp Donald Tramp-ın İvanadan olan böyük oğludur. O hazırda Tramp təşkilatının icraçı vitse-prezidentidir. O bir moda tədbirində atasının onunla tanış etdiyi Vanessa Heydon-la evlənib. Onun da yaşa dolması qalmaqallarsız ötüşməyib. Onun və qardaşı Erikin ovçuluğa həvəsi qardaşların öldürülmüş heyvanlarla çəkdirdikləri şəkillər internetə çıxandan sonra kəskin pislənib. Şəkillərdən birində bala Donald əlində kəsilmiş fil quyruğu ilə görünür.

9.Erik Tramp cənab Tramp-ın İvana ilə evliliyindən üçüncü övladıdır. Qalan bacı-qardaşçları kimi o da Tramp təşkilatının vitse-prezidentlərindən biridir. O Virginia-da yerləşən Trump Winery şirkətinin və dünya boyunca Trump qolf klublarının prezidentidir. O həmçinin 2006-cı ildə Erik Tramp Foundation fondunu yaradıb və uşaqlarda qorxulu xəstəliklərin araşdırılması ilə məşğul olan xəstəxanaya 28 milyon dollar ayırdığını elan edib. Qardaşı gənc Donald kimi Erik də 2010-cu ildə Zimbabve-də çıxdığı ov turuna görə tənqid edilir. Belə güman edilir ki, ola bilsin Eric seçki günü \”atama səs vermək fövqəladə şərəfdir\” tvitini yazmaqla ölkənin seçki qanununu pozub.

10.Lara Yunaska keçmiş televiziya prodüseri və atsürmə idmanının heyranıdır. Eric-lə 2014-cü ildə evlənib. O toya iki gün qalmış atdan yıxılaraq iki biləyini də sındırmışdı. Bu toyda kəbini Jared Kusner kəsib. Cütün hələlik övladı yoxdur, amma itləri var. Lara həm də Tramp Fondunda iştirakçıdır. Bu fond Amerikanın ən böyük xeyriyyə cəmiyyətlərindən biridir. Lara noyabrın 6-da Fox News televiziyasına deyib: \”Qadınların xətrinə dəyən odur ki, Hillary Klinton kimi bir namizəd yalnız həmcins olduğumuza görə ona səs verməli olduğumuzu düşünür. Bu axmaq, təhqiramiz yanaşmadır\”. (bbc)

Tramp-ın övladları - FOTO

Tramp-ın övladları - FOTO

Tramp-ın övladları - FOTO

Tramp-ın övladları - FOTO

İnterpress.az