İnterpress.az xəbər verir ki, AzVision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən \”Mercedes\” markalı avtomobil \”Opel\”ə çırpılıb. İdarəetməni itirən maşın yol kənkarında gedən piyadaları vurub.
Hadisə nəticəsində 3 qadın ağır yaralanıb. Onlardan birinin hamilə olduğu bildirilir. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az