Baş verən 7.8 bal gücündəki zəlzələdən sonra mütəxəsislər nəhəng və dağıdıcı dalğaların olacağı barədə xəbərdarlıq ediblər. Xəbərdarlıqdan sonra ilk sunami dalğaları təsirini göstərib. Sunaminin daha güclü olduğu paytaxt Vellinqtondan sakinlər təxliyyə edilməyə başlayıb. Nəticədə yollarda uzun tıxaclar əmələ gəlib.
Qeyd edək ki, zəlzələ və sunamidən sonra dağıntılar baş versə də, insan itkisinin olmadığı açıqlanıb. ( musavat.com )
İnterpress.az