Bu bardə Interpress.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayonun Mədrəsə kəndində torpaq sürüşməsinin aktivliyi müşahidə olunur.
Nəticədə yaşayış evləri ilə yanaşı 40 hektara qədər pay torpağı və otlaq sahəsi sürüşməyə məruz qalıb.
Eyni zamanda magistral yola ziyan dəyib və asfalt örtüyündə çartlar yaranıb.
Qeyd edək ki, sürüşmə 45 metr uzunluğu, 20 metr eni olan sahəni əhatə edib.
Gülşanə Mustafayeva
İnterpress.az