Bəs, Ay Yerə yaxınlaşarkən hansı təbii fəlakətlər gözlənilir?
Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Kamal Hüseynov AzNews.az-a açıqlamasnda bildirib ki, Ayın Yerə yaxınlaşması təbii fəlakətlərə səbəb ola bilər:
“Bu periodik baş verən hadisədir. Ay Yer ətrafında fırlanır. Yerə yaxınlaşır və uzaqlaşır. Hər dəfə Ay Yerə yaxınlaşanda qabarmalar baş verir. Sonra həmin qabarmalar daha da intensivləşir. Ayın Yerə yaxınlaşmasıının bəzi təbii fəsadları ola bilər. Sürüşmə zonalarında və zəlzələ nəticəsində əmələ gələn çatlar böyüyər, aktivlik daha da arta bilər”.
K.Hüseynov Ayın Yerə yaxınlaşmasının insanların özlərinə də təsirsiz ötüşməyəcəyini vurğulayıb:
“İnsanlar həyacan keçirir. Daxili həyacan insan səhhətinə təsir edən faktordur”.
İnterpress.az