İnterpress.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, sıxlığın aradan qaldırılması məqsədilə Astara Gömrük İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, son 1 gündə Astara Gömrük İdarəsi vasitəsi ilə 49 ədəd avtobus, 40 ədəd yüngül minik avtomobilinin, 3700-dən artıq sərnişinin keçidi təmin olunub ki, bu da sərhəd-keçid məntəqəsinin potensialından 3 dəfə çoxdur.
İnterpress.az