Azərbaycan Respublikası Mərkəzi Bankının mətbuat katibi, PR üzrə mütəxəssis Namiq Əliyev və “Alibayov Kommunikasiya & Konsaltinq Şirkəti”nin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (Fransa) Ekspertlər Şurasının üzvü, PR üzrə tanınmış mütəxəssis Vəli Əlibəyov tərəfindən aparılan təlim proqramı kommunikasiya və ictimaiyyətlə əlqələr üzrə mütəxəssislər tərəfindən maraqla qarşılanıb
İki gün davam edən təlimdə PR mütəxəssislərin bu sahədə fikir mübadiləsi aparıldı, bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübə ilə bağlı məlumatlar verildi. Təlimin ilk günü Mərkəzi Bankının mətbuat katibi N.Əliyev ictimaiyyətlə əlaqələr, media ilə əlaqələr – əsas anlayışlar, müasir yanaşmalar, mətbuat xidməti necə olmalı, kommunikasiya əsrinin KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio, hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, hədəf auditoriyalar üçün nəzərdə tutulmuş məlumatların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və KİV mövzuları barəsində ətraflı məlumat verib.
Təlimin növbəti günü PR üzrə tanınmış mütəxəssis V.Əlibəyov banklarda böhran kommunikasiyası və onları həlli yolları mövzusunda maraqlı təqdimat etdi.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edildi və xatirə şəkili çəkildi.
İnterpress.az