Xəstəxananın həkimi Azad Ağalarov AzNews.az -a açıqlamasında bildirib ki, xəstə yerli KİV-də təqdim edildiyi kimi epilepsiya xəstəsi olmayıb.
Həkim Zərxanım Novruzovanın 1990-cı il təvəllüdlü olduğunu da qeyd edib:
“Xəstə son bir həftə ərzində baş ağrılarından əziyyət çəkib. Bundan əlavə tez-tez qusma halları olub. Nədənsə həkimə müraciət etməyib. Dünən gecə saatlarında epileptik tutması olub və xəstəxanaya gətirilib. Nervopotoloq çağırdıq baxdı xəstəyə beyin-qan dövranının pozulması diaqnozu qoydu. Xəstə beyninə qan sızmadan dünyasını dəyişib”.
Faktla bağlı araşdırma aparılır.
***
Rayonun Ərəbqardaşbəyli kənd sakini 2001-ci il təvəllüdlü Zərxanım Alıqulu qızı Novruzova epilepsiya tutması diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. ( report.az )
İnterpress.az