“Ukrayna dövlət kimi yox ola bilər” – Saakaşvilibackend

“Ukrayna dövlət kimi yox ola bilər” – Saakaşvili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib. Saakaşvilinin sözlərinə görə, Avropanın ən kasıb dövləti statusuna çatdırılan ölkəyə təcili islahatlar və “yeni insanlar” lazımdır:
“Əgər hakimiyyətin bizə vəd etdiyi şəkildə böyüsək, ən yaxşı ssenari ilə Yanukoviç səviyyəsinə 15 il sonra çatacağıq. Yox əgər, bu günkü kimi böyüyəcəyiksə, tezliklə dövlət kimi mövcud olmaya bilərik”.

Noyabrın 7-də Saakaşvili Odessa vilayətinin qubernatoru postundan getmək istədiyini bildirib. O, Ukrayna prezidenti Petro Poroşenkonu cinayətkar qruplaşmalara himayəlik etməkdə və hakimiyyətin bütün təbəqələrini korrupsiyada ittiham edib. (aznews.az)

İnterpress.az