Göyçayda məktəb dramı-dörd sinif bir otaqda-VİDEObackend

Göyçayda məktəb dramı-dörd sinif bir otaqda-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az xəbər verir ki, məktəbin açınacaqlı vəziyyəti haqqında facebook-da video paylaşılıb. Videoda, kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə yanaşı bir sinif otağında 1-ci, 2-ci-3-cü və 4-cü sinif şagirdlərinin təhsil aldıqları görünür. Səbəb isə kadr çatışmazlığı, sinif otağının olmaması ilə yanaşı bir sıra problemlərdir. Kənd sakinləri seçdikləri millət vəkili Sabir Hacıyev və Göyçay rayon Təhsil İdarəsininin rəhbərliyindən şikayətçidirlər: \”Sabir Hacıyev seçkilərdən əvvəl gəlib söz verdi ki, mən millət vəkili seçilsəm də, seçilməsəm də bu məktəbi təmir etdirəcəm. Biz də etimad göstərib seçdik. Amma ondan sonra onun üzünü də görmədik. Söz verib, zəhmət çəkib gəlsin məktəbi təmir etsin\”.

Məsələ ilə ağlı millət vəkili Sabir Hacıyevlə əlaqə sağlamağa şalışsaqda cəhdlərimiz boşa çıxdı.

İnterpress.az məktəblə bağlı video materialı təqdim edir.

İnterpress.az