Borclunu yenə itirdilər, heç “DİN” də tapmayacaqbackend

Borclunu yenə itirdilər, heç “DİN” də tapmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2015-ci ilin sentyabr ayından mənə borclu olan İlqar Qasım oğlu Vəliyevin axtarışı guya o onlar tərəfindən 6 ay ərzində tapılmır adıyla yaşadığım Nizami rayon Polis İdarəsinə verilmişdi.

Bir neçə dəfə şifahi, bir neçə dəfə yazılı müraciətlərimə tapa bilmirik, müvafiq tədbirlər görülür cavabı almışdım.

Bu ilin oktyabr ayında DİN-ə nazirin qəbuluna bu məsələ ilə bağlı gəlmək istəyimi bildirən müraciətlər yolladım. Əlaqədar şöbə əməkdaşları ilə də danışdım. Düzü DİN Ədliyyə nazirliyi ilə müqayisədə vətəndaş müraciətlərinə həqiqətən böyük diqqət ayırır.Beləcə çox keçmədi, noyabr ayının biri əl telefonuma görünməyən nömrədən zəng gəldi. Danışan adam bildirdi ki, müraciətim diqqətə alınıb.Yaxın günlərdə həll edilməsə qəbula gedərsiz və səhəri günü –yəni 02 noyabr 2016-cı il tarixdə günün birinci yarısında təkrar mənə zəng edən DİN əməkdaşı Rəşad Hacıyev artıq borclunun Nizami rayonu polis idarəsi əməkdaşları tərəfindən tapıldığını və Sabunçu rayon Məhkəmə İcraçıları İdarəsinə təhvil verildiyini dedi.Fürsətdən istifadə edib müqayisə üçün belə işinə məsuliyyət və vicdanla yanaşan polis mayoruna medya vasitəsilə minnətdarlığımı bildirirəm.Yenə bəzi ədliyyə işçiləri ilə müqayisə üçün, belə əməkdaşların fərqləndirilərək Təltif olunmasını arzuladığımı ifadə edirəm.

Mən bilirdim və İyun ayında AR Ədliyyə Nazirinə Yotube kanalı ilə olan müraciətimdə elə həmin ay cənab Fikrət Məmmədovun şəxsən qəbulunda olarkən onun diqqətinə Sabunçu rayon məhkəməsinin sədrinin danılmaz faktlarla hakimlərə və hətta icra idarəsinə təsir etdiyini çatdırmışdım.

Ancaq nazirin qəbulundan sonra da İlqar Abbasovun bizimlə bağlı Məhkəmə İşlərinə müdaxiləsi davam etdi və bu da sünii surətdə gizlədilmiş borclunun cəzadan azad olması, yenidən itirilməsinə hesablanan növbəti problem.

Aydınlıq üçün deyim ki, DİN əməkdaşlarının borclu İlqar Qasım oğlu Vəliyevin məhz mənə borcuna görə axtarış istiqamətində axtarılıb tapıblar. Bu barədə mənə DİN-nin Baş Pasport və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyevin 07.11.2016-cı il tarixli 018.50398/2Q4216 saylı rəsmi məktubunu da almışam.

Buna baxmayaraq Sabunçu Məhkəmə Qərarlarının İcrası İdarəsi Polis əməkdaşlarının tapıb gətirərək təhvil verdiyi cavabdehin ciddi cəzadan kənarda qalması üçün məhkəməyə onun mənə borcu barədə deyil, müddət baxımından yeni, borcun miqdarı baxımından yüngül İş üzrə protokol təqdim etdilər.

Diqqət edin. Bu iş üzrə Polisə axtarış verilməyib heç. Verilsəydi Sabunçu rayon Polia İdarəsinə veriləcəkdi. Bu da faktdır ki, cavabdehi Nizami rayon polis əməkdaşları tapıb gətiriblər. Göründüyü kimi “O olmasın bu olsun” əməkiyyatı ediblər. Lakin burada elə ciddi maraqlarını həyata keçiriblər ki…

Həmin protokol əsasında İşə baxan Sabunçu mhkəməsi hakimi Fəqan Əhmədovun çıxardığı Qərardan bəlli olduğu kimi bu protokolda İlqar Vəliyevə xəbərdarlıq edildiyi, ondan İzahat alındığı və onun borcunu hissə-hissə verməyi xahiş etdiyi göstərilir.Hakim belə bir təqdimatla baxdığı İşlə bağlı İlqar Vəliyevə 10 gün həbs cəzası vermişdir.

Sadə bir baxışla buQərar öz-özlüyündə doğru, humanist mahiyyətdə bir qərardır. “Yəni adamın 6 aydı borcu yaranıb. Düşüb qalıb İcra İdarəsində İzahat verir, xəbərdarlığı qəbul edir, yalvarır ki, imtina etmirəm ki, gizlənmirəm ki.İndi imkanım yoxdu, hissə-hissə ödəyəcəyəm…”. Lakin məsələ burasındadır ki, məhkəmə mənim işim üzrə -yəni tapılmayanı tapıb gətirmiş polis xidmətini də qeyd etməklə özü-özünün borcluya tərəfkeşliyini, nəticədən marağını ifadə edir. Gərək heç ümumiyyətlə İ.Vəliyevi bu adı həm də reket jurnalistlikdə çəkiləni polisin tapıb gətirdiyini yazmayaydılar Qərarlarında. Çünki əgər cavabdeh 6 ay əvvəl borclu olduğu bu İş üzrə İcra idarəsinə gəlibmişdisə, ondan izahat alınmışdısa və s. bəs niyə onda 1 il yarım axtarışda olduğu İş üzrə ondan izahat alınmamış. Barəsində protokol tərtib edilərək məhkəməyə verilməmişdir?! Hansı məlumat həqiqidir?! Borclu İlqar Vəliyevin tapılmaması yoxsa 6 ay ərzində, yəni 2016-cı ilin aprel ayından bu günə kimi bir neçə dəfə İcra idarəsində olması?..

Bundan başqa icra məmuru Amil Əmirovun icraatında olan bu İşlərə onun səhlənkar əslində göründüyü kimi saxtakar münasibətinin şahidi olduqca ona Etiraz vermişdim.Fakt olaraq Amil Əmirov İlqar Vəliyevin Dövlətə cəriməsini ödətdirmədi. Əgər məhkəməyə verdiyi təqdimatda yazdığı kimi o idarəyə izahat vermək üçün gəlmişdisə, bu cərimə ondan niyə alınmamışdır? İkincisi o 6 ayda idarənin icra məmuru ilə kontaktda idisə niyə mənim işim üzrə izahatı alınmamışdı?Əsas da mən niyə aldadılmışam 1 il 7 ay?! Mən də cəhənnəmə… Niyə Polisə axtarış verilib?Niyə DİN əməkdaşları Amil Əmirova yeri, özü bəlli bu dələduzu axtarmaq əziyyəti çəkməliydilər?! Hələ mənim tərəfimdən yazılan məktublarla niyə narahat edilməliydi DİN əməkdaşları?!

Burada bir həssas məqama diqqəti yönəltmək istəyirəm. İlqar Vəliyevlə birlikdə cinayət işi üzrə cərimələnmiş daha iki nəfər cərimələrini ödədikləri halda o ödəməyib. Bu nədir ki?… Cərimələrini ödəmiş cəzalanmışlardan 1-i mənəvi zərəri də ödəyib. (Könüllü! Deməsinlər ödətdiriblər!..Çünki o, kəsilən zərərdən 10 dəfə artıq ev əşyalarını vermək istəməyib).İkinci cavabdeh dövlətə cəriməni, mənəvi zərərin bir hissəsini ödəyib. Həm də o itməyib.Axtarılmayıb, tapılmayıb.Ona məhkəmə 15 gün verib. Axtarışda olana, Dövlətin cəriməsini və digər bir vətəndaşa borcunu verməyənə 10 GÜN!!! İlqar Vəliyevin hələ Sabunçu məhkəməsində Avrasyabanka borc məsələsinə də baxılıb. Amma yenə İCRA MƏMURU AMİL ƏMİROV ONU TAPMAYIB! Bank özü axtarıb tapıb. Yaxşı bəs bankın, mənim borcumu ödətdirə bilməmiş Amil Əmirova üçüncü borc işi niyə, hansı əsasla verilib?! Bunu o bilər, Sabunçu məhkəməsinin sədri bilər…

Digər məsələ. Amil Əmirov ciddi-cəhdlə İ.Vəliyevin həyat yoldaşından ayrıldığını deyirdi. “Uzun sürən” tələblərimdən sonra rəsmi cavabı aldı və məlum oldu ki, ayrılmayıb.Amil Əmirov təkidlə bildirirdi ki, sorğu vermişəm, cavab almışam ki, o, heç bir müavinət almır, İŞ ondan alınaraq icra məmuru Firdovsi Vəliyevə verildikdən sonra üzə çıxarıldı ki, alır müavinət.

Bəs bu necə işdir ki, İş ondan alındığı halda məhkəməyə təqdimatı o –Amil Əmirov verir? Hər iki İş, yəni həm mənə borc, həm nümayəndəsi olduğum M.Quliyevin İŞİ ondan alınıbsa və F.Vəliyevdədirsə bu məmur deyil, o məmur niyə məşğul olur?! Onu da qeyd edim ki, İŞ Amil Əmirovdan alınaraq Firdovsi Vəliyevə verildikdə təzə-təzə o dedi ki, mənə heç kim təsir edə bilməz! Amma İ.Vəliyev tapılan günü mənimlə danışan F.Vəliyevə elə təsir olunmuşdu ki, o 180 dərəcə dönmüşdü. Deyirdi ki, mən onu yalnız qeydiyyatda olduğu ünvanda axtaracağam. Niyə, o ki, iş materiallarından da görünüyü kimi rəsmi nigahda olduğu həyat yoldaşı ilə birlikdə Hövsan qsəbəsində yaşayır. İş materiallarında onların bu evə qədər Xətai rayonu ərazisindəki dövlət layihəsinə əsasən sökülmüş ünvanlarında yaşamışlar. A.Əmirovun onun qeydiyyatda olduğu ünvanda yaşamadığı haqqında AKT da olmalıdır İş materiallarında.O zaman Firdovsi Vəliyev iş materiallarına yox nəyə, kimə baxıb danışır?!

Xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, məlumatıma görə məhkəməyə verilmiş Təqdimatda İlqar Vəliyevin hər iki BORCU qeyd olunsa da məhkəmə icra məmuru ilə razılığa gələrək Protokoldan daha ciddi vəziyyətli- onun axtarışda olduğu, məcburi gətirildiyi və müqayisədə daha çox Borc məsələsini yəni mənə borc İşini çıxarmağı tapşırmışdır. Əlbəttə belə işlər sadəcə olmur. Bir də mən 5 ildə Sabunçu məhkəməsinin sədri İlqar Abbasovun məhkəmə məsələlərinə, konkret bizim işlərimizə ciddi müdaxiləsinin və bu sırada konkret İlqar Vəliyevə isti münasibətinin dəlillərlə şahidi olduğum üçün bu məsələyə də onun “çəkicinin” dəydiyini bildirirəm. Axı bu cavabdehin xalası oğlu Zavod direktorudur. Bu kifayət edir ki, onun indiyə kimi üzə çıxmamasının səbəbləri də daxil olmaqla 5 ildə haqlı olduğumuz halda 20-dən çox məhkəmə məsələmizdə ziddimizə qərarların qəbul edilməsinin həqiqətləri aydin olsun…

Beləliklə, Sabunçu məhkəməsi öz marağını güdərək bizə qarşı növbəti qanuna və ədalətə zidd qərarını qəbul etdi. Bununla Sabunçu məhkəməsinin sədri necə deyərlər “bir güllə ilə iki dövşan vurdu”. Birinci, bu adamı ikinci dəfə DİN tapmayacaq! DİN-ə heç növbəti axtarış da verilməyəcək. Vəssalam.

O borc və hətta 3 borc iki vətəndaşa bir dövlətə borc batdı! Borcdan da başqa vur-tut 10 gün cəza…

Bunları yalnız İlqar Abbasov edir. Bəli! Bu həqiqətdir.

Mən də növbəti dəfə Apellyasiya şikayəti verib Polisin İlqar Vəliyevi mənə borcuna görə tapıb təhvil verdiyi halda məhkəmənin başqasının İşi üzrə baxış keçirib cavabdehə yüngül cəza verdiyini əsaslandırdım. Xəbər portallarında haqqında yalnız şikayət dolu yazıların diqqət cəlb etdiyi hakim Camal Ramazanov BAXMADI İŞƏ. 3 dəqiqəlik sual-cavab prosesi keçirdi. Əynindəki hakim geyimi qarışıq hakim etikasını da unudaraq əlimdə olan Etitrazımla bərabər çatdırıb “Sizin baxdığınız 1 işdən Şikayətim Avropa məhkəməsi tərəfindən qəbul da edilib, inanmıram Sizə” sözüm havada qaldı. Cavabdehə, həbsdə olana verib aldığı yalana əsaslanıb müşavirəyə getdi.

Yalan nə idi? Cavabdeh hakimi aldatdı ki, mənə borcu İŞİ də artıq məhkəmədədir və başqa hakimdədir ona da baxılacaq… Bu ağ yalandı.Çünki həbsdən sonra borcluya 10 gün vaxt verirlər . Məgər hakim bunu bilmir?! Hakimin diqqəti harda idi ki, cavabdehə “necə yəni başqa hakimdədir bu qadının borc məsələsi“-deyirsən, demədi.Axı inzibati işə məhkəmə-hakim dərhal baxır…

Bundan başqa bu yalanı borclu cavabdeh dedi. Heç hakim olan da 1 il yarım gizlənmiş adama, polis vasitəsilə tapılıb tutulmuş şəxsə inanardı?!

Qeyri-təvazokarlıq olsa da hakimin qarşısında Şikayət vermiş alim-ziyalı vardı!..

Amma özmaraq onu elə təsiri altına almışdı ki, etik olaraq belə şikayətçini, qadın ziyalını deyil, cavabdehi görüb-eşidirdi…

Müsəlmanıq.Bu ali adı – qanımızla gələni yalnız ölərkən və yas mərasimlərində xatırlamamalıyıq. Müqəddəs kitabımızı da bəzək üçün evlərimizə, iş yerlərimizə qoymayaq. Məhəmməd Peyğəmbər (s)buyurub ki,”alimin qələminin mürəkkəbi 100 şəhidin qanına bərabərdir”. Baxın alimin qələminə, hətta qələminin mürəkkəbinə dəyər verilib. Hakimin yox! Çünki alim yalan yazmır. Özü də mənim kimi halallığa hər şeyi qurban verib keşməkeşli dürüst yaşamış alim heç nəyi yalan yazmır… Düşünürəm ki, Peyğəmbər hakim yazsaydı, peyğəmbər olmazdı.Ona görə ki, peyğəmbərlər gələcəyi də görə bilən, bəşəri -əbədi varlıqlardır… Bəs mən alimin yazdığı həqiqətlərlər. maddə-maddə qanunlar niyə əvvəli qanunsuzluqları dövlətin məhkəməsinə 99 faiz ekspansiya etmiş İlqar Abbasovun sədr olduğu , “çəkicinin bütün hakimlərin işlərinə bərk vurulduğu” məhkəmədə, sonra onun özünün və Zavod direktoru “qohum ağanın” rüşvət payı ilə qərarları dəyişməyən Apellyasiya Məhkəməsində niyə saya salınmır?! Yəni 5 ildə məhkəmələrdə olan 20-30 işimizdən 2-3 dənəsində belə biz HAQLI olmadıq?! Yəni 20-30 İŞİN hamısında Zavod direktoru və himayədarlıq etdiyi adamlar Haqlı oldular?! 5 ildə bircə xeyrimizə Qərar olub o da Ali məhkəmədə. Mən Ali məhkəmədə H.Cahidin hakimi kimisini də gördüm, Fərhaq Kərimov kimi vicdanlısını da!.. Bir də İlqar Qaralov, Samir Mayılov təmənnasız ədalət prinsipinin şahidi olmuşam. Savada gələndə hamısı savadlıdır. Elə savadlıdırlar ki, dünyanın ən güclü məhkəmələrinin hakimləri ilə bir sırada dayana bilərlər.Ancaq bu savadı da, hakim adları kimi nüfuzdan salırlar.

Bu da müqəddəs peyğəmbərimizin kəlamıdır: “Alim ölər, aləm ölər”. Alimin fiziki ölümündən başqa, mənəvi ölümünə də, ideyalarının, düşüncələrinin məhv edilməsinə də vurğu var bu kəlamda. Alimin fikirləri isə “aləm” –müasir anlamda cəmiyyət qayğılarından mütləq olaraq qaynaqlanır və onun tərəqqisi üçündür. Əgər bugünki cəmiyyətimizdə hakimlərdən şikayətçi kütlə varsa,demək ki, ədalət ölüb və bu elə “alimin ölümüdür”. Alimin məhkəmələrdə nəinki kütlənin, heç özünün belə problemini həll edə bilməməsi də elə “aləmin ölümü” deməkdir. Bu vəziyyət isə bir çox hakimlərin yerlərinin səhv düşməsidir. Seçim ola bilər illər öncə doğru olub. İllər keçib xarakter dəyişikliyi təbii potologiyasına uğrayıb bəzi hakimlər. Saf-çürük edilməlidirlər. Bir də hər sahədə attestasiyalar, ciddi təftişlər, qlobal islahatlar olduğu halda bir tək hakimlər “toxunulmazlıq” daşıyırlar.

Yadıma Camal Ramazanovun təmsil olunduğu hakim tərkibində olan atalar sözümüzə görə “həm xasiyyəti” Sahibxan Mirzəyev düşdü. Bu adamı mən 25 ildi tanıyıram. 2 qanundan kənar övladını vəzifə-karyera iddialarına qurban verib. Qanunlarımızda valideynlərindən üz çevirən,onlara baxmayan övladlara LƏYAQƏTSİZ deyilir.Bəs övladlarını Sahibxan Mirzəyevin öz ibarəsincə “silənlər” nə adlanır? Məncə LƏYAQƏTSİZ VƏ VİCDANSIZ! Bəs beləsi yaxşı hakim ola bilər?! Bəs beləsi ədalətli Qərar verə bilər?! Təəssüf etdim Sahibxan Mirzəyevin hakim tərkibində olduğu Camal Ramazanov hakimlə də bir vətəni, bir həmvətənli adını daşıdığıma.

Apellyasiya Məhkəməsindən çıxıb Məhkəmə Hüquq Şurasına Şikayətə getdim. Qurumun İcra aparatının rəhbəri Cavid Hüseynovun qəbulunu gözlədikdə Sabunçu İcra İdarəsinib məmuru – Amil Əmirova zəng etdikdə o məni təkrar aldadaraq bildirdi ki, Sizin Borc məsələsinə 1-ci gün, yəni borclu həbsdən çıxandan sonrakı ilk iş günü baxılacaq. Baxın, cavabdehlə icra məmuru eyni sözü dedi…

Bu gün o gün! Birinci gün…

Məhkəməyə heç br Protokol verilməmişdir. Borclu yenə itirildi. Unutduruldu DİN-in İlqar Qasım oğlu Vəliyevin mənə borcli olduğu əsası ilə axtarılıb tapılıb təhvil verildiyi faktı…

Bütün bunlar niyə baş verir? Ona görə ki, Ədliyyə sistemində cəzasızlıq hökm sürür. İstər məhkəmələrdə, istərsə də digər istiqamətlərdə qanunsuzluqların bütün siması çox uzaqda deyil, elə internet məkanında, virtual aləmdədir…

Hamımız hər gün bu mövzuda çox yazılarla qarşılaşırıq. Cəzalananlarsa çox azdır. Başqa sahələrdə korrupsiyaya şərait yaradanlar həbs olunur. Təkcə hakimlər tənbeh olunurlar… Ümumiyyətlə Məhkəmə Hüquq Şurası yüzlərlə şikayəti ciddiyyətlə diqqətə alarsa haqq yerini onda tutar. 5 ildə qarşılaşdığım bir çox hakimin fəaliyyəti toxunulmazlıq baryerini çoxdan keçdiyini göstərir. Qovulmalarına haqq verir.

Mən Fuad Ələsgərovun, ƏN-nin qəbuluna getdikdə onlarla deyil, yüzlərlə insanın “dad çəkdiyinin”, ah-nalə etdiyinin şahidi olmuşam. Vətəndaşlarımız xarici qurumların qarşısında aksiya keçirirlər. Cəza yoxdur. Elə biri, mənim getdiyim qəbul zamanı Abşeron İcra İdarəsi rəisindən şikayətə gəlmiş çoxsaylı şikayətçidən 2 nəfərini seçdilər. Onlar mənimlə birlikdə 7 adam qəbulu xeyli gözlədikdə bir-birimizin dərdindən xali olduq. Onlar qəbula girib-çıxdıqda bildirdilər k, nazir rəisi işdən çıxaracağına söz verdi. Bəli nazir sözünün üstündə də dayandı çıxardı o pis işləyən rəisi işdən. Ancaq bu adamı digər əmri ilə Sabunçu İcraçılar İdarəsinə təyin etdi. İndi də mən, biz əziyyət çəkirik… İlqar Vəliyev məsələsi, hələ cahangir Əliyev borc məsələsi..

Heç bir hərəkət yoxdur və gözlənilmir də.

Bütün nazirliklərin mətbuat xidməti vardır. Onlarla işçi yəni məhkəmələr, hakimlər haqqında olan haqlı şikayətləri məgər medyadan oxumur?..Bəs işlərinin adı nədir? Bəs o zaman niyə cəzalanmır hakimlər?.. Məhkəmə Hüquq Şurasının Əsasları, Hakim Etikası müddəaları kimə tətbiq olunacaq? Bu vəziyyət məhkəmələrin nüfuzunu öldürüb.Cəmiyyətdə məhkəmələrə, hakimlərə inam 0 bərabərdir.Rüşvət verməyib narazı olanlar şikayətlənir,ah-nalə edir, rüşvət verənlər ironiya edir…

Amma bir məsələ Qanun, nazir cəza verməyəndə Allah haqlı bəndəsini tək qoymur. O qədər misallar var ki…

Mən artıq feodalizm insanları kimi Allaha, yalnız onun qüdrətinə sığınmışam.Halbu ki, mən ziyalıyam və hüquqi Dövlətin vətəndaşıyam. Müxalifətçi deyiləm, əksinə hökuməti təbliğ edənəm. Dindar da deyiləm. Oğru da, dələduz da deyiləm. Amma mən məhkəmələrdə, ədliyyə sistemində əziyyət çəkirəm.

Daş-qaya qanunlarımız bir kənarda qalanda lap akademik ol, çarə Allaha təvəkküldən başqa heç nəyə qalmır…

Borclunu yenə itirdilər, heç "DİN" də tapmayacaq

İnterpress.az