İnterpress.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, şəhərin beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkan qəfəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 18:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az