Interpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb. Bağlı qapı arxasında 1960-cı təvəllüdlü Ali Devrimin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Interpress.az