İnterpress.az xəbər verir ki, bu təkliflə Moskvada yaşayan və aktiv diaspora fəaliyyəti ilə məşğul Toğrul Allahverdili öz facebook səhifəsində çıxış edib.
Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin miqyası elədir ki, o, Azərbaycan sərhədlərindən kənara çıxıb:“Azərbaycan xalqının böyük lideri Heydər Əliyev görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi olub. Heydər Əliyevin keçmiş SSRİ-nin siyası və iqtisadi həyatında oynadığı rolu layiqincə qiymətləndirmək çox çətindir. O, müdrik siyasətçi olmaqla, ən çətin vəziyyətlərdə konstruktiv qərar tapmağı bacarıb bir çox illər ərzində Heydər Əliyevin aktiv fəaliyyəti iki xalqın ümumi tarixi ilə əlaqədar olub. O, Rusiya və Azərbaycan arasında əməkdaşlığın əsaslarını qoyub, bizim ölkələrimiz arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə böyük şəxsi töhfə verib. Mən Moskvada yaşayan minlərlə azərbaycanlı və digər millətin nümayəndələrini tanıyıram ki, Uu Öndərin anım günlərində ona öz ehtiramlarını bildirmək istəyirlər. Lakin Ulu Öndərin Moskvada yeganə abidəsinin Azərbaycanın Rusiyadakı səfirliyində olması və anım günlərində oranı hər kəsin ziyarət edilməsinə şəraitin yaradılmaması minlərlə Heydər Əliyev Şəxsiyyətinə hörmət və ehtiram bəsləyən insanlarda ciddi və haqlı narazılıq yaradır. Bu halları nəzərə alaraq Rusiyada Yaşayan azərbaycanlıları və Ulu Öndərə sevgisi, sayqısı olan hər kəsi Heydər Əliyevin Abidəsinin Moskvada ucaldılması təklifinə dəstəy verməyə çağırıram. Hesab edirəm bu təşəbbüsə diaspor nümayəndələri, Rusiyada yaşayan azərbaycanlı iş adamları daha fəal olmalıdırlar. Heydər Əliyev xalqımız üçün bir dəyərdir. Müasir Azərbaycanın qurucusunu bütün dünyaya təqdim etmək bizim can borcumuzdur. Hesab edirəm nəinki Moskvada, bütün Slavyan ölkələrində Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsinə nail olmalıyıq. Biz sadəcə olaraq borcumuzu şərəflə yerinə yetirməliyik”- deyə əlavə edib.
İnterpress.az