Rusiya Hindistandan bir milyon işçi GƏTİRİRbackend

Rusiya Hindistandan bir milyon işçi GƏTİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyaya Hindistandan bir milyon işçi gətiriləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Ural Ticarət və Sənaye Palatasının rəhbəri Andrey Besedin məlumat verib.

Onun sözlərinə görə, Hindistan tərəfi də daxil olmaqla, artıq razılaşmalar əldə olunub.

“Xüsusən də Hindistanla razılaşmalar əldə olunub. Hindistanlı həmkarlarımdan eşitdiyimə görə, ilin sonuna qədər Sverdlovsk vilayəti də daxil olmaqla, Hindistandan Rusiyaya 1 milyon mütəxəssis gələcək”, – Besedin qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az