HƏMAS Trampdan zəmanət məktubu alıb – “Sky News Arabia”backend

HƏMAS Trampdan zəmanət məktubu alıb – “Sky News Arabia”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS Trampdan müharibənin yenidən başlamayacağına dair zəmanət məktubu alıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Fələstin əsilli amerikalı iş adamı Bişara Bahbah Ağ Evin sahibinin İsraillə 60 günlük atəşkəs müddəti bitdikdən sonra Qəzza zolağında hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətlə radikallara mesajını çatdırıb.

Bişara Bahbah HƏMAS rəhbərliyi ilə Tramp administrasiyası arasında əsas vasitəçi və əlaqədir.

Bundan əvvəl Dohada keçirilən dolayı danışıqlarda HƏMAS və İsrailin Qəzzada atəşkəslə bağlı razılığa yaxınlaşdığı, yeganə həll olunmamış məsələnin İsrail ordusunun anklavdakı statusu və mövcudluğu olduğu bildirilmişdi.

Xuraman Etibarlı

İnterpress.az