ABŞ və Yaponiya 300-dən çox təyyarənin cəlb olunduğu “Qətiyyətli Qüvvələr Pasifik” adlı kütləvi hərbi təlimə başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
ABŞ və Yaponiya Hərbi Hava Qüvvələrinin birgə təlimlərində 300-dən çox hərbi təyyarə, o cümlədən beşinci nəsil F-35, F-15 və F-16 qırıcıları iştirak edir.
Avqustun 4-dək davam edəcək manevrlər Yaponiyanın Hokkaydodan cənub-qərb Honsyuya qədər olan altı hava bazasını əhatə edir.
Təlimlər Yaponiyanın hava məkanının müdafiəsi üzrə təcrübə keçmək və Çinin regionda artan hərbi fəallığı fonunda hərəkətləri əlaqələndirmək məqsədi daşıyır.
Xuraman Etibarlı
İnterpress.az