İran İsrailə casusluq qorxusu ilə əfqan miqrantları deportasiya edir.
İnterpress.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
İran İsraillə son münaqişədən sonra yüz minlərlə əfqan miqrantı casusluq ittihamı ilə saxlayıb Əfqanıstana geri göndərib.
BMT agentliklərinin məlumatına görə, 2021-ci ildə Taliban hakimiyyətə qayıtdıqdan sonra bir çoxu İrana gələn təxminən 450. 000 qaçqın iyunun əvvəlindən qovulub və onların sayı İsraillə müharibədən sonra kəskin artıb.
Deportasiyalar son bir neçə gündə 114 mindən çox insana təsir edib.
Gündəlik deportasiyalar 12 günlük müharibə zamanı 15 dəfə artaraq gündə 2000 – 30.000 arası və çox olub.
Belə ki, İran hakimiyyəti “daxili qəzəbi həssas azlığa yönəldib”.
Xuraman Etibarlı
İnterpress.az