Qətl hadisəsi ötən gecə paytaxtın cənubunda baş verib.
Kaşir şosesi, 54 ünvanında yerləşən mənzildə üzərində zorakılıq əlamətləri olan 3 meyit aşkar edilib.
Qətlə yetirilənlərdən ikisi kişi, biri qadındır. Onların bıçaqlanaraq öldürüldüyü bildirilir.
Hüquq-mühafizə orqanları cinayəti törədən şəxslərdən birinin qadın və kişini qısqanclıq zəminində öldürdüyünü, daha sonra isə intihar etdiyini istisna etmirlər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır (apa).
İnterpress.az