Seysmoloji Xidmət Mərkəzi vulkan püskürməsi ilə bağlı məlumat yayıbbackend

Seysmoloji Xidmət Mərkəzi vulkan püskürməsi ilə bağlı məlumat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

RSXM-dan İnterpress.az-a verilən məlumata görə, Altbulaq ərazisində Ayrantökən vulkanı püskürüb. Püskürmənin davametmə müddəti 2 dəq 24 saniyədir.

Qeyd edək ki, dünən saat 21:10 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Ayrantökən palçıq vulkanında püskürmə baş verib.

7 dəqiqəyə qədər davam edən püskürmə alovla müşayiət olunub və alov sütunu vulkanın kraterindən təqribən 100-150 metr yüksəkliyə qalxıb. Vulkandan çıxan püskürmə məhsulları (brekçiya) 2,0 hektara qədər ərazini əhatə edib və qalınlığı 0,3-1,2 metr arasında dəyişir. Vulkanik ərazidə radial çatlar əmələ gəlib.

Palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

İnterpress.az