Putin Kemerovonun qubernatorunun istefasını qəbul edib – YENİLƏNİBbackend

Putin Kemerovonun qubernatorunun istefasını qəbul edib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Kemerovo vilayətinin qubernatoru Aman Tulayevin istefa ərizəsi ilə tanış olub və prezident onun istefasını qəbul edib.

Hazırda Kemerovonun qubernatoru səlahiyyəti müvəqqəti olaraq, vitse-qubernator Sergey Çivilevə verilib.


* * *

10:12

İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qubernator Aman Tuleyev öz istəyi ilə istefa verib.

Məlumatda deyilir ki, qubernator artıq istefa ərizəsini Rusiya prezidenti Vladimir Putinə göndərib.

Qeyd edək ki, martın 25-də Kemerovo vilayətində yerləşən \”Albalı qış\” ticarət mərkəzində yanğın baş verib.

Yanğın nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər həyatını itirib.

İnterpress.az