İnterpress.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün bundan öncə, Rusiyada həbs edilən iş adamı Ziyavuddin Maqmomedovun həbsi ilə bağlı bəzi detallar məlum olub.
Məlumata görə, həbs edilən oliqarx-milyarder, “Summa” şirkətlər qrupunun sahibi Z.Maqmomedovun həbsinə səbəb kimi Rusiyada yerləşən staidon tikintisinə ayrılan pulların mənimsənilməsi göstərilir.
Bildirilir ki, Rusiyanın Kalininqrad vilayətində inşa edilən \”Baltik Arena\” adlı stadionun tikintisi üçün ayrılan vəsait Z.Maqomedov tərəfindən mənimsənilib. Söhbət 800 milyon rubldan gedir.
Stadionun tikintisi isə azərbaycanlı milyarder Araz Ağalarovun \”Crocus Group\” şirkəti tərəfindən həyata keçirilib. Həmin ərazinin bataqlıqdan qurudulması isə Maqomedovun sahibi olduğu \”Summa\” şirkətinə tapşırılıb.
Lakin Maqomedon şirkəti 750 milyon rubl aldıqdan sonra xeyli keyfiyyətsiz qumlar vasitəilə ərazidə müvafiq işlər görməyə başlayıb.
Ağalarovun şirkəti isə sözügedən ərazidə keyfiyyətsiz görülən işlərin tikintiyə hazır olub-olmadığını yoxlamadan tikinti işlərinə başlayıb.
Sonradan korrupsiya faktı aşkarlandıqdan sonra sözügedən ərazidən işləri görən \”Summa\” şirkətinə məxsus “Qlobalelektroservis” şirkətinin keçmiş baş direktoru Eldar Naqapov axtarışa verilib. Şirkətin tikinti direksiyasının direktoru Xaçim Eristov, Kalininqrad vilayətinin tikinti naziri Amir Kuşxov və regional əsaslı tikinti idarəsinin rəis müavini Sergey Tribunski isə həbs ediliblər.
Məlumatda, həmçinin, Maqomedovun Rusiyanın baş naziri Dmitri Medvedyevin yaxın dostu olduğu bildirilir.
İnterpress.az