Qondarma erməni soyqırımı törədilməsi 100 illiyinin törədilməsini qeyd edən ermənilər yenə də dünyanın diqqətini bu məsələyə cəlb edə bildilər. Lakin ümid etdikləri „yüksək nailiyyət“ əldə edə bilməsələr də, erməni katolikosunun dediyi kimi, onlar əzabkeş millətinin qanını yerdə qoymayacaq, axıra qədər mübarizə aparacaqlar. Ermənilər yenə də hər il aprel ayının 24-də Azərbaycan xanlıqlarından biri olan İrəvan xanlığının mərkəzi sayılan İrəvan (Yerevan) şəhərinə toplaşacaq, Türkiyə və Azərbaycana tarixən düşmən olan bir sıra xarici dövlətlərin nümayəndələrinin iştirakı ilə 1915-ci ildə guya türklər tərəfindən ermənilərə qarşı törədilmiş soyqırımını yada salacaq, öldürülmüş ermənilərin qisasını türk və müsəlmanlardan çıxmaq üçün quldur katolik keşişlərinin “xeyir-duasını” alacaqlar. Lakin biz heç vaxt arxayınçılığa yol verməməli, ermənilərin türk-müsəlmanlara qarşı tarixi cinayətləri bütün dünyaya çatdırmalıyıq. Ermənilərin ən qatı cinayətləri Qərbi Azərbaycanda (İndiki Ermənistanda), İrəvan xanlığının tarixi torpaqlarında həyata keçirilmişdir. Bunun nəticəsi olaraq İrəvan xanlığının 29 000 kvadratkilometr ərazisi işğal edilmiş, 3 milyondan çox türk-müsəlman əhali dədə-baba yurdundan qovularaq çıxarılmışdır. Gəlin tarixə nəzər salaq…
Ermənilər onlar XIX əsrin əvvəllərindən başlayaraq mərhələ-mərhələ işğal etdikləri İrəvan xanlığının torpaqlarını özlərinin dədə-baba yurdu sayır, bu ərazinin tarixən ermənilərə məxsusluğunu, əsrlər boyu ermənilərin idarəçiliyində olduğunu iddia edirlər. Lakin tarix bu iddiaların tamam əksini təsdiq etmişdir. Erməni tarixçilərinin bir çoxu bu torpaqların İrəvan xanlığının inzibati ərazisi olduğunu və azərbaycanlı xanlar tərəfindən idarə edildiyini bildirmişlər. Hətta erməni kahin Hovannes Şahxatunyanın tərtib etdiyi siyahıda göstərilir ki, 390 il (1441-1828) İrəvan xanlığını idarə edən 49 xanın hamısı azərbaycan türkü olmuşdur. Hətta İrəvan xanlığının ərazisində yerləşən, bu gün də quldur yuvası kimi fəaliyyət göstərən erməni katolik kilsələrinin keşişlərini də İrəvan xanları təyin edirdilər. Xanların adları olan siyahı “Erməni Sovet Ensiklopediyası”nda öz əksini tapmışdır. Tarixi faktları danmaq olmaz, onu saxtalaşdırmaq olar. Ermənilər üçün yalanın ayaq tutub yeridiyi bir zamanda dünya ölkələrinin arxivlərində mövcud olan tarixi sənədlərə heç bir məhəl qoymayan daşnaklar II Dünya müharibəsindən sonra yəhudilərin Almaniyadan təzminat almasından şirnikləşərək 1915-ci ildə bu “əzabkeş” , yazıq millətə qarşı guya Osmanlı Türkiyəsi tərəfindən soyqırımı törədildiyini iddia edir, Türkiyə Respublikasından həmin soyqırımını tanımaq, təzminat ödəmək və torpaq qoparmaq xülyasındadırlar. Əslində XX əsrin əvvəllərində rus qoşunları və erməni silahlı dəstələri təkcə Türkiyədə deyil, Qərbi Azərbaycanda(indiki Ermənistan) türk və digər müsəlman xalqlara qarşı kütləvi qırğınlar törətmələri tarixi sənədlərlə sübuta yetirmişdir.
Gəlin dünyanın bir sıra ölkələrinə səpələnmiş ermənilərin tarixi keçmişinə diqqət yetirək.
Tarixi sənədlərə görə ermənilər kiçik tayfalar kimi dünyanın ayrı-ayrı bölgələrində yaşamışlar. Dədə-babalarının məskəninin Dəclə və Fərat çayların vadisində olduğunu iddia edən bu köçəri erməni tayfaları əsrlər boyu köç və sürgünlərə , təqiblərə məruz qalmışlar. Bunun əsas səbəbləri ermənilərin himayəsində olduqları dövlətlərə xəyanət etməsi, dövlətə qarşı çıxması nəticəsində onlar Persiya, Makedoniya, Roma, Sasanilər, Ərəb və Bizans hakimiyyətləri dövründə ağalarına “sədaqətli təbəələr”i olmasına baxmayaraq yaşadıqları ölkəni onun düşmənlərinə satdıqlarına və düşmən tərəfinə keçdiklərinə görə həmin ölkələrdən qovulmuş, Qaraçı Taborları ilə başqa ölkələrə üz tutmuşlar. Ermənilər köç edərkən hətta öz yaxınlarını qovulduqları ölkələrdə taleyin hökmünə buraxaraq qaçmışlar. Bunu bəzi erməni tarixçiləri də təsdiq edirlər. Yalnız XI əsrin sonlarında Səlcuq Sultanı Alp Arslanın hakimiyyəti dövründə Bizans hakimiyyəti tərəfindən sürgünə göndərilmiş və digər bölgələrdəki ermənilər Şərqi Anadoluya qayıtmış, Osmanlı İmperatorluğunun himayəsinə sığınmışlar. Onların türklərə xidməti XIX əsrin əvvəllərinə qədər davam etmişdir. Ermənilər o qədər etibar qazanmışdılar ki, hətta onları “Xaçpərəst türklər” adlandırırdılar.
XIX əsrin axırlarında Osmanlı İmperatorluğunun zəiflədiyi bir dövrdə , 1.700.000 kvadratkilometr ərazisi olan Avropa, Asiya, Afrika qitələrinə çıxışa malik Türkiyəni parçalamaq, dənizlərdə hökmranlığa sahib olmaq, torpaq qoparmaq məqsədi ilə Rusiya, İtalya, İngiltərə, ABŞ, Fransa və s. dövlətlər fəaliyyətə başladılar. Türkiyəni daxildən parçalamaq əsas vəzifə oldu. Buna nail olmaq üçün onlar birinci növbədə Türkiyədə azlıq təşkil edən xristianlardan istifadə etmək məqsədini qarşıya qoydular. Xristianlığı yaymaq və “İncil”i təbliğ etmək adı altında onlar ilk növbədə ermənilərdən istifadə etməyi daha sərfəli hesab edərək, yaxşı tanıdıqlarına görə Türkiyədə yaşayan “əzabkeş millət”ə, ermənilərə yardım məqsədi ilə bütün vasitələrdən istifadə etməklə yanaşı oraya missionerlər göndərməyə başladılar. Bu protestant ideoloqlar Türkiyənin ərazisində ermənilərə dini təbliğat işlərini həyata keçirməklə bərabər, onların təhsil və s. məsələlərini həll etmək üçün ölkədə internatlar, qız, oğlan məktəbləri və s. açır, əsasən oğlanlara ilkin təhsil verir, sonralar həmin yeniyetmələri öz ölkələrinə aparır (çox zaman ailələri ilə birlikdə) , orada onların təhsillərini təkmilləşdirir, erməni millətinin hüquqlarını müdafiə etmək adı altında yenidən casus kimi Türkiyəyə göndərirdilər. Bu minvalla 50-60 il ərzində ABŞ və Avropa ölkələrinə Türkiyə və digər islam ölkələrindən on minlərlə erməni köçmüş, müharibə zamanı rusların himayəsi altında Osmalı İmperiyasına qarşı müharibədə iştirak etmişlər.
I Dünya müharibəsindən sonra Türkiyə ərazisində erməni dövləti yaratmaq arzuları baş tutmadığından və Türkiyə-Azərbaycan ərazisində törətdikləri cinayətlərdən yaxa qurtarmaq üçün, dünyanın bir çox ölkələrində yaşamağa başladılar. Hətta öz iyrənc arzularına çatmaq üçün ermənilər II Dünya müharibəsində də Alman faşist ordusunda kütləvi şəkildə xidmət edərək SSRİ xalqlarına qarşı vuruşdular. Almanların məğlubiyyətindən sonra onlar Ermənistana geri qayıtmadılar. Ayrı-ayrı ölkələrdə gizləndilər. Buna görə də, indi dünyanın hər hansı bir ölkəsində itə daş atsan, gedib erməniyə dəyir. Maraqlıdır ki, II Dünya müharibəsində iştirak edərək ölən ermənilərin sayı, itkin düşən ermənilərin sayından qat-qat azdır. Ermənilərin dünya ölkələrinə səpələnməsinin əsas səbəbləri bunlardır.
Tarixən əsası rus çarı I Pyotr tərəfindən qoyulan ermənilərin himayə edilməsi siyasəti sonralar digər rus çarları və Sovet Rusiyası tərəfindən davam etdirilmişdir. Hələ 1876-cı ildə II Yekaterina ermənilərin xüsusi himayə edilməsi haqqında əmr imzalamış, 1802-ci ildə çar I Aleksandr Sisyanova yazdığı məktubda ermənilərə münasibətini belə ifadə etmişdir: “Nə olursa-olsun ermənilər Azərbaycanın bu və ya digər xanlıqlarında məskunlaşdırılmalı və onlardan istifadə olunmalıdır. ”
1828-ci ilin mart ayının 21-də Rus çarının əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibatı ərazisində müvəqqəti “erməni vilayəti” yaradıldı və İrəvan(Yerevan) şəhəri paytaxt kimi ermənilərə “hədiyyə” verildi. Elə həmin ildə İranın Marağa şəhərindən 40 min erməni Dağlıq Qarabağa, 40 min erməni isə İrəvan xanlığının ərazisinə köçürüldü.
Yeri gəlmişkən, Dağlıq Qarabağa köçürülən ermənilər 1978-ci ildə köçürülmələrinin 150 illik yubileyini təntənəli şəkildə qeyd etmələrinə və buna aid abidə ucaltmalarına baxmayaraq ermənilər indi özlərini Dağlıq Qarabağın aborigen milləti sayırlar. Maraqlıdır ki, bir neçə il bundan qabaq SSRİ xalq artisti aktyor Armen Cigərxanyan müsahibə verərkən jurnalistə kobud şəkildə belə dedi: “Ay uşaq, mənim ulu babamın qəbri İranın Marağa şəhərindədir. Ad-familyaları da qəbir daşında yazılıb. Mən necə deyə bilərəm ki, ulu babam Stepanakertlidir”. İndi həmin A.Cigərxanyan ermənilər tərəfindən arzuolunmaz şəxs hesab edilərək daşnak məclislərinə buraxılmır.
Sonralar ermənilər çar Rusiyasına arxalanaraq “Böyük Ermənistan” dövləti yaratmaq iddiasına düşdülər və İrəvan xanlığının ərazisində müvəqqəti “Erməni vilayəti”ni dövlət kimi formalaşdırmağa başladılar. Birinci növbədə Qərbi Azərbaycanda(indiki Ermənistan) əhalinin milli tərkibinin sayını öz xeyirlərinə dəyişdirmək məqsədi ilə xarici ölkələrdən xanlığın ərazisinə erməniləri köçürmək, azərbaycan türklərini dədə-baba yurdlarından qovaraq yerli əhaliyə aid bütün tarixi abidələri yer üzündən silmək , tarixi toponimləri dəyişdirmək və s. kimi planlarını həyata keçirməyə başladılar. XX əsrin əvvəllərində öz sələflərinin yolunu davam etdirən Sovet Rusyası və digər havadarlar “türksüz ermənistan” yaratmaq məqsədi ilə ermənilərin planlarına rəvac verdilər.
İrəvan xanlığının tarixi torpaqları üzərində erməni dövləti yaratmaq ücün hələ XIX əsrin əvvəllərindən başlayaraq ermənilər aborigen əhalini zorla dədə-baba yurdlarından qovub çıxarmaq prosesini mərhələ-mərhələ həyata keçirmişlər:
I mərhələ: 1828-1905-ci illər – 595.000 nəfər
II mərhələ: 1905-1907-ci illər – 275.000 nəfər
III mərhələ: 1914-1920-ci illər – 575.000 nəfər
IV mərhələ: 1948-1953-cü illər – 105.000 nəfər
V mərhələ: 1988-1990-cı illər – 250.000 nəfər
Bu illərdə azərbaycanlılara qarşı saysız-hesabsız qırğınlar törədilmiş, təxminən 900 minə qədər qərbi azəranaycanlı öldürülmüş, yerli əhaliyə məxsus bütün əmlakları talan edilmiş, yurd-yuvası dağıdılmış, dinc əhaliyə 105 milyarddan çox ABŞ dolları həcmində maddi ziyan dəymişdir. Təkcə 1918-1920-ci illərdə daşnak Andranikin başçılığı ilə törədilmiş soyqırım zamanı 50 mindən çox azərbaycan türkü və müsəlman əhali öldürülmüşdür. 1948-1953-cü illər deportasiyası zamanı köçürülən 105 min əhalinin yarıdan çoxu şəraitsizlik və aclıqdan qırılmışdır. Maraqlıdır ki, pambıqçılığın inkişafı adı altında yurdlarında zorla qovulan əhalinin köçürülməsi o zaman ölkə rəhbərləri olmuş M.C.Bağırov(Azərbaycan) və Q.Y.Haruyutunovun(Ermənistan) Stalinə göndərdikləri 3 dekabr 1947-ci il tarixli razılıq məktubu əsasında həyata keçirilmişdir. Azərbaycanda deportasiya olunmuş həmin əhalinin məskunlaşması üçün ayrılmış vəsaitin yalnız 47%-i xərclənmişdir. Bu da minlərlə insanların aclıq və şəraitsizlikdən ölüməsinə səbəb olmuşdur.
Ermənilər Qərbi Azərbaycan əhalisini zorla qovub çıxarmaqla bərabər boşaldılmış yaşayış məntəqələrinə xarici ölkələrdən erməni əhalisinin köçürülməsi məsələsi də müxtəlif dövrlərdə planlı şəkildə həyata keçirilmişdir. Bu prosses 1928-ci ildən başlayaraq 1953-cü ilədək davam etdirilmişdir.
Yalançı vədlərə inanaraq “Ermənistan”a axışan ermənilərlə yanaşı, müxtəlif ölkələrdə ayrı-ayrı millətlərə qarşı cinayət törətmiş , gizlənmək üçün İrəvan xanlığının torpağında məskunlaşan terrorçu ermənilər əhalinin sayını öz xeyirlərinə dəyişdirə bildilər.
Ermənilərin Qərbi Azərbaycana köçürülməsi:
1 . 1928-ci ildən başlayaraq: – İrandan 40.000 , Türkiyədən 84.600, Suriyadan 30.000 nəfər.
2. 1914-1922-ci illərdə: – Türkiyədən 70.000, Fransadan 30.000 nəfər.
3. 1946-cı ildən başlayaraq: – İran, Suriya, Livan, Bolqarıstan, Yunanıstan, Rumuniyadan 409.000 nəfər.
4. 1947-ci ildə: – ABŞ, Fələstin, Suriya, Livan, Fransa, Misir, Bolqarıstan və Rumunyadan 35.000 nəfər.
5.1948-1953-cü illərdə: – ABŞ, Suriya, Livan, Fransa, Misir, Bolqarıstan və Rumunyadan 100.000 nəfər.
Erməni yazarları Z.Lalayanın “Tarixi xatirələr” kitabında (II hissə), X.Hakopyan, S. Melikbaxşıyan və X.Barseğiyanın “Ermənistanın və ətraf rayonların toponimlər lüğəti” əsərində və Ermənistan Sovet Ensiklopediyasında birmənalı şəkildə təsdiq olunur ki, İrəvan xanlığının və ətraf rayonların əhalisinin 76%-dən çoxu azərbaycan türkləri və müsəlmanlar olmuşdur.
Erməni vandalları insanlara qarşı törətdikləri cinayətləri Qərbi Azərbaycanda (indiki Ermənistan) tarixi abidələrə də tətbiq etmişlər. Onlar türk-müsəlman izlərini itirmək üçün bütün tarixi abidələri yer üzündən silmişlər.
Təkcə İrəvan şəhəri və onun ətrafında dağıdılmış böyük həcmli möhtəşəm tarixi abidələrin bir qismi haqqında:
– İrəvan qalası, 1413-cü ildə inşa edilmişdi.
– 1510-cu ildə Şah İsmayılın əmri ilə İravanda inşa edilmiş Şah İsmayıl məscidi. (ermənilər 1918-ci ildə həmin məscidə türk və müsəlmanları dolduraraq od vurub yandırmışlar)
– 1510-cu ildə İrəvan sərdarı Əmrqulu xan Qacar tərəfindən ucaldılan, Hüseynəli xan tərəfindən 1782-ci ildə təkminləşdirilən Sərdar qalası.
– 1604-cü ildə I Şah Abbasın inşa etdirdiyi , İrəvan qalası ərazisində, Sərdar sarayının şərqində yerləşən I Şah Abbas məscidi.
– 1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalası yaxınlığında inşa edilmiş möhtəşəm məscid.
– Müxtəlif illərdə İrəvan qalası və onun ətrafında inşa edilmiş 8 məscid kompleksi.
– Sərdarabad qalası və s.
Ümumiyyətlə, Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrində 42, Üçmüəzzin qəzasında 33 və Zəngəzur qəzasında 35 böyük həcmli tarixi abidələr dağıdılmışdır. Ermənilər bu gün də öz iyrənc əməllərini davam etdirərək bütün toponimləri, o cümlədən bütün yaşayış məntəqələrinin adlarını dəyişdirməkdə davam edirlər. Dəyişdirilmiş adların sayı 590-dan çoxdur.
Göründüyü kimi, ermənilər havadarlarının köməyi ilə XX əsrin sonlarında Qərbi Azərbaycanla (İndiki Ermənistan) bağlı bütün planlarını həyata keçirərək təkmillətli dövlət yaratmağa nail oldular. Əslində bu onların hünəri, qüdrəti deyildir. Zəncirlənmiş quduz it simasında havadarlarına tulalıq missiyasını həyata keçirirlər. Vaxt gələcək, onların əsas himayəçisi olan Rusiyanın da qatı düşməninə çevriləcəklər.
Rus yazıçısı V. Valeçko yazır: “Ermənilər tarix boyu tez-tez öz himayəçilərini dəyişmişlər; Roma, Bizans, İran, Rus, İngilis, Fransız, Türk… Tarix səhnəsində ermənilərə yeni-yeni himayədar çıxarkən, həmişə köhnə himayəçilərini satmışlar”.
Bütün bunlara rəğmən Azərbaycan xalqı bir an belə heç nəyə arxalanmayaraq hansı yolla olursa-olsun tarixi torpaqlarımızı düşmən işğallarından azad etməlidir. Ölkə prezidenti İlham Əliyev həmişə bu məsələyə diqqət yetirmişdir:
“…Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. …XIX əsrin statistikasına baxsaq görərik ki, indiki Ermənistan əslində Azərbaycanın tarixi torpaqlarıdır. Ona görə də gələcəkdə biz bütün tarixi torpaqlarımıza qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq və yaşayacağıq!”.
Bildiyimiz kimi, indiki Ermənistanın işğalçı dövlət olması bütün dünyaya məlumdur. Respublikamızın və ölkənin bütün ictimai-siyasi qurumlarının xüsusi fəaliyyəti nəticəsində dünyanın bütün ölkələrinin Dağlıq Qarabağ məsələsi, Xocalı faciəsi və digər məsələlər barədə kifayət qədər obyektiv məlumatları vardır. Biz yaxın zamanlarda Dağlıq Qarabağ torpaqlarını düşməndən azad edəcəyik. İndi biz Qərbi Azərbaycan (indiki Ermənistan) dövlətindən bizə məxsus olan İrəvan xanlığının torpaqlarını tələb etməli və hansı yolla olursa-olsun həmin torpaqlara qayıtmaq uğrunda bütün Azərbaycan xalqı mübarizə aparmalıyıq. Bu məsələnin həllində Qərbi Azərbaycandan(indiki Ermənistan) deportasiya edilmiş və hər cür zorakılığa, terrorizmə və soyqırımına məruz qalmış qərbi azərbaycanlılar xüsusi fəallıq göstərməlidirlər. Hazırda işğal edilmiş Dağlıq Qarabağ və Qərbi Azərbaycan(indiki Ermənistan) torpaqlarının sülh və ya müharibə yolu ilə həll etmək məsələsi tam mümkün olan yollar deyildir. Sülh yolu ilə ermənilər heç vaxt təmənnüasız olaraq torpaqlarımızdan çəkilməyəcəklər və buna onların himayədarları da razı deyildir. Müharibə yolu ilə torpaqlarımızın azad edilməsi ən çətin və məhsuliyyətli yoldur. İndiki zamanda biz müharibəni Ermənistanla yox, Avropanın bir sıra ölkələri ilə etməli olacağıq. Bu gün bizi düşmənimizlə müharibəyə təhrik edən dövlətlər Türkiyəni də bu məsələyə cəlb etmək istəyirlər. Buna görə də başqa yollar düşünülməlidir. Onlardan biri, müharibə yolu qaçılmaz olduqda ən azı Avropa dövlətlərini neytral mövqedə olmalarına nail olmaq məqsədə uyğundur . Bunlar mənim subyektiv fikirlərimdir.
Biz, qərbi azərbaycanlılar 2 əsrə yaxın dil içində dilimizi, din içində dinimizi, Azərbaycan xalqına məxsus bütün milli adət-ənənələrimizi qoruyub saxlamağımıza rəğmən, bu işğalçılıq dövründə yerli əhaliyə qarşı törədilmiş bütün cinayətləri heç bir zaman unutmamalı, VƏTƏNİMİZƏ QAYIDIŞ missiasını həyata keçirmək üçün bütün vasitələrdən istifadə etməli və tarixi düşmənlərimizdən QİSAS almalıyıq. Ermənilərin tarix boyu terrorizm, soyqırımı, vandalizmi “kişilik” əlaməti saydıqları və insanlığa xas olmayan əməlləri həyata keçirmək üçün yaratdıqları “Daşnaksutyun” , “ASALA”, “Hnçaq”, “Ramkavar”və s. terror təşkilatlarının törətdikləri cinayətləri onların özlərinə qarşı törətməyin vaxtı çatmışdır. Bu məsələ ilə bağlı Millət vəkili, yazıçı Sabir Rüstəmxanlının “Difayi fədailəri” əsərinə nəzər yetirmək lazımdır.
ABŞ tədqiqatçısı Samuel Uimzin yazırdı: “Terrorçu xristian erməni dövlətinin bugünkü işğalçılıq siyasətinin təməlləri XIX əsrin sonlarında “Erməni məsələsi” ortaya atılarkən qoyulmuşdur. Bu siyasət SSRİ dövründə də Ermənistanın rəsmi siyasəti olmuşdur”.
Havadarlarının köməyi ilə bu gün də işğalçılıq siyasəti ilə Cənubi Qafqazda bütün xalqlarla müxtəlif iddialar əsasında zor üsulu ilə danışan ermənilər mafioz dəstələr tərəfindən idarə olunan bir neçə ölkənin himayəsinə arxalanaraq, qonşu dövlətlərdən torpaq qopararaq “dənizdən-dənizə – Böyük Ermənistan” dövləti yaratmaq xülyasından əl çəkməlidir. Hər halda indiki “Qondarma Ermənistan” dövləti yer üzündən silinmək ərəfəsindədir. Azərbaycan xalqı gec-tez qarı düşməni öz yerində oturmağa məcbur edəcəkdir. Biz buna inanırıq…
Tarixi sənədlərə və digər mənbələrə əsaslanaraq
qələmə aldı Dünya Azərbaycanlıları Konqresinin Qərbi Azərbaycan
(indiki Ermənistan) Nümayəndəliyinin rəhbəri Səməndər Çaxmaqlı.