Diaspor nümayəndələri Dini Komitədə görüş keçirib – FOTObackend

Diaspor nümayəndələri Dini Komitədə görüş keçirib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Azərbaycanın xaricdəki diaspor liderləri ilə görüşlər davam etdirilir.

İnterpress.az diaspor.az-a istiandən xəbər verir ki, Azərbaycanda səfərdə olan diaspor liderləri bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində görüşlər keçirib. Belə ki, diaspor nümayəndələri DQİDK-nin sədrinin köməkçisi Amil Cavadovun qəbulunda olublar.

Görüşdə Rusiya Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev, İsveç sosial fəalı Siyavuş Derəxti və Azərbaycan Türkiyə Evinin (ATEV) icraçı direktoru və ADİM-in rəhbəri Toğrul Allahverdili iştirak ediblər.

Görüş zamanı xaricdə yaşayan azərbaycanlıların fəaliyyəti müzakirə olunub. Eyni zamanda, gələcəkdə komitə ilə xaricdəki diaspor təşkilatlarının birgə əməkdaşlıq etməsi ilə bağlı bəzi fikirlər də səsləndirilib.

Bildirilib ki, Azərbaycan hazırda tolerantlığın mərkəzlərindən birinə çevrilib.

Qeyd edək ki, diaspor liderləri ATEV və Azərbaycan Diasporu İnformasiya Mərkəzinin avqustun 3-də keçirdiyi mükafatlandırma mərasimində iştirak etmək üçün vətənə gəliblər.

Onu da bildirək ki, ADİM-in təşkilatçılığı ilə diaspor liderlərinin görüşləri davam etdirilir.

İnterpress.az

Diaspor nümayəndələri Dini Komitədə görüş keçirib - FOTO

Diaspor nümayəndələri Dini Komitədə görüş keçirib - FOTO