Cennifer Lopez 2025 AMA məşqi zamanı burnunu SINDIRDI – FOTObackend

Cennifer Lopez 2025 AMA məşqi zamanı burnunu SINDIRDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cennifer Lopez American Music Awards üçün məşq zamanı burnunu sındırıb.

İnterpress.az xəbər verir ki, Cennifer Lopez üzünü zədələdiyini göstərən görüntülər yayıb. Fotoda ulduzun gözünün altındakı qançır və burnunda cızıq var.

Məlum olub ki, o, dünən ciddi xəsarət alıb. Bütün bunlar onun aparıcılıq edəcəyi 2025 Amerika Musiqi Mükafatları üçün məşq zamanı baş verib.

Lopez tez köməyinə gələn plastik cərraha təşəkkür edib.

“Mənim burnumu tikdiyiniz üçün təşəkkür edirəm, Dr. Daymond. Bir həftəlik davamlı buzlanmadan sonra mən təzə kimi oldum”, – Cennifer qeyd edib.

Xatırladaq ki, J.Lo mayın 26-da 2025-ci ildə Amerika Musiqi Mükafatlarında aparıcı kimi səhnəyə çıxacaq.

Sənətçi sonuncu dəfə bu tədbiri on il əvvəl aparıb. Lopez ikinci dəfə mərasimə ev sahibliyi edən dördüncü ulduz olub. Digər üç nəfər isə Lionel Riçi, Diana Ross və reper Pitbulldur.

Xuraman Etibarlı

İnterpress.az