Azərbaycan Gömrük Komitəsinin sədri, general-leytenant Səfər Mehdiyev Aksiz Baş Gömrük İdarəsi ilə Avtomobil Nəqliyyatı İdarəsini birləşdirib.
İnterpress.az unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri Səfər Mehdiyev əmr imzalayıb.
Belə ki, yeni yaradılan quruma Həsən Eyyubov rəis təyin edilib.
Qeyd edək ki, Həsən Eyyubov Bakı Baş Gömrük İdarəsinin rəis müavini olub.
İnterpress.az