Banka borcu olan İran vətəndaşı Azərbaycandan qaçarkən saxlanıldıbackend

Banka borcu olan İran vətəndaşı Azərbaycandan qaçarkən saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları \”Şəmkir” sərhəd dəstə­sinin xidməti ərazisində külli miqdarda pi­ro­texniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qar­şısı alıb, \”Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Azər­baycandan İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən BİR nəfər şəxs saxlayıb.

DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə, avqustun 15-də Gürcüstanla dövlət sərhədində Ehram çayı­nın axını ilə müqabil ölkə ərazisindən üzüb gələn iki ədəd göy rəngdə çəllək aşkar olunub. Çəlləklərə baxış keçirilən zaman 14 ədəd \”XL Hotshot 8S” markalı fişəng, 1960 ədəd \”Bigtragel Crarcker” pirotexniki vasitə, 35 ədəd \”X-nova”, 10 ədəd \”Ku Fly”, 20 ədəd \”Etel”, 10 ədəd \”Odsen-6700”, 10 ədəd \”Kgtell” markalı mobil telefon qutuları aş­karlanıb.

Avqustun 18-də Göytəpə sərhəd dəstəsinin xidməti əra­zisində Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zas­tavasının xidməti ərazisində Azərbaycandan İran İslam Res­publikası istiqamətində nəzarət iz zolağında bir nəfərə məxsus iz aşkar olunub və dərhal keçirilən sərhəd axtarışı əməliy­yatı nəti­cəsində bir nəfər sərhəd pozucusu qismində saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikası vətən­da­şı, Təbriz şəhər sakini 1970-ci il təvəllüdlü Kəfafi Qasım Mə­həmməd ol­ması, bu ilin fevral ayında Culfa SNM-dən qanuni yolla Azər­bay­cana gəlməsi, Azərbaycan vətəndaşı ilə ailə qur­ma­sı, \”Access Bank”a borclu olduğu üçün ölkədən çıxışına qa­da­ğa qoyulması səbəbindən dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi məlum ol­ub.

Sərhəd pozucusunun üzərində Azər­bay­can­da yaşa­maq üçün bir illik icazə vəsiqəsi, bir ədəd \”Samsung” markalı mobil telefon, 1000 ABŞ dolları, 720 İran realı, 58 manat, İrana məxsusu müxtəlif altı ədəd, Azərbaycana məxsus plastik kart aşkar olunub.

Qeyd edilən faktlar üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İnterpress.az