“Onlar Türkiyəyə mənimlə könüllü getdilər…” – Qadın alverçisibackend

“Onlar Türkiyəyə mənimlə könüllü getdilər…” – Qadın alverçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gülər Məmmədova saxlanılıb.

Güllər Məmmədovanın Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə, Ankara şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən edilib. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Məhkəmədə ifadə verən Gülər Məmmədova özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib. O, deyib ki, zərərçəkmiş qadınlar könüllü onunla birlikdə Türkiyəyə gedib.

Növbəti proses avqustun 29-da davam edəcək.

İnterpress.az