Kiyevin Şevçenko rayon məhkəməsi Dövlət Fiksal Xidmətinin sabiq rəhbəri Roman Nəsirovun bankdan müsadirə edilmiş 50 min dollar nağd puluna qoyulmuş həbsin ləğvi ilə bağlı vəsatətini təmin etməyib.
İnterpress.az xəbər verir ki, bununla bağlı “Korrespondent” nəşri Xüsusi Antikorrupsiya Prokurorluğunun mətbuat xidmətinə istinadla məlumat yayıb.
Məlumatlara görə, dünən Nəsirovun işi üzrə növbəti iclas keçirilib. İclas zamanı Nəsirovun vəkilləri üzərinə həbs qoyulmuş məbləğlə bağlı vəsatət qaldırıb.
“Məhkəmə vəsatəti rədd edib”, – prokurorluqdan bildirilib.
Xatırladaq ki, avqustun ortalarında məhkəmə Nəsirovun daha iki ay müddətində elektron qolbağ taxması qərarını verib. (oxu.az)
İnterpress.az