İnterpress.az \”Report\”a istinadən xəbər veir ki, oyun 24-cü gedişdən sonra heç-heçə ilə yekunlaşıb – 0,5:0,5.
Bununla da Məmmədyarov xallarını 2,5-ə çatdırıb.
Turun digər görüşlərinə gəldikdə, rusiyalı Aleksandr Qrişuk fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib. Hazırda hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandla norveçli hazırkı dünya çempionu Maqnus Karlsen qarşılaşır. Eyni zamanda Uesli So (ABŞ) – Sergey Karyakin (Rusiya) və Fabiano Karuana (ABŞ) – Hikaru Nakamura (ABŞ) görüşləri keçirilir.
On şahmatçının mübarizə apardığı \”Sinquefield Cup\” 300 min dollar mükafat fonduna malikdir. Qalib 75 min dollar qazanacaq.
İnterpress.az