İnterpress.az xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin bu barədə məlumat verib.
“Devid öz dövrünün əsl futbol ikonasıdır”-deyə, o, əlavə edib.
UEFA prezidenti mükafatı ilə təltif edilməsinin onun üçün böyük şərəf olduğunu deyən 43 yaşlı D.Bekhem isə bildirib ki, həmişə komanda ruhunun inkişafına və təbliğinə çalışıb:
“Bu mükafata layiq görülən insanların sırasına daxil olmaqdan qürur duyuram”.
Qeyd edək ki, D.Bekhem futbol karyerasını 2013-ci ildə başa vurub.
İngiltərə millisinin heyətində 115 oyunda 17 dəfə fərqlənən futbolçu “Mançester Yunayted”, “Real Madrid”, “Los-Anceles Qalaksi”, “Milan” və PSJ klublarının şərəfini qoruyub.
Onu da qeyd edək ki, UEFA prezidentinin mükafatı 1998-ci ildən etibarən təqdim olunur.
Mükafatın ilk sahibi Avropa Komissiyasının sədri Jak Delor olub. J.Delor 1999-cu, 2015-ci və 2016-ci illərdə də bu təltifə layiq görülüb.
UEFA Prezidenti keçən il bu mükafatı “Roma” klubunun sabiq futbolçusu Françesko Tottiyə təqdim etmişdi. (oxu.az)
İnterpress.az