Cahangir Hacıyevin bacanağı yenidən məhkəməyə müraciət etdibackend

Cahangir Hacıyevin bacanağı yenidən məhkəməyə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cinayət məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum olunan Hidayət-zadə İsmayıl Timuçinoviçin məhkəmə prosesinə hakim Tahir Kazımov sədrlik edəcək.

Xatırladaq ki, 2016-cı il oktyabr ayının 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Hidayət-Zadə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.Hidayət-Zadə apellyasiya şikayəti versədə 2-ci instansiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, İ.Hidayət-Zadə 2015-ci ildə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanılıb. “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru olmuş İ.Hidayət-Zadə \”Azərbaycan Beynəlxalq Bankı\” ASC-dən 100 milyon dollar kredit götürərək qaytarmamaqda günahlandırılıb. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq başlayrakən İ.Hidayətzadə istintaqda pulların əvəzinə avadanlıqları təklif etsə də, bununla razılaşmayıblar.

İ.Hidayətzadə adına götürülmüş borcları qaytarmaq üçün vaxt istəyib. Onun ölkədən çıxışına qadağa qoyulub və istintaq nəzarətində olaraq pulu qaytarmasına şərait yaradılıb. Amma uzun zaman keçsə də, bacanaq pulun heç üçdə-birini də toplaya bilməyib. Bundan sonra İ.Hidayətzadə həbs olunub.

İ.Hidayət-Zadə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, İ.Hidayət-Zadə \”Azərbaycan Beynəlxalq Bankı\” ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacanağıdır.

İnterpress.az