Hacı Mazanı məhkəməyə verdilərbackend

Hacı Mazanı məhkəməyə verdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbəti məhkəmə prosesi sentyabr ayının 5-nə təyin edilib. Belə ki, bu ilin mart ayında Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin məhkəməyə ünvanlandığı ərizəsində şikayətini geri götürdüyünü qeyd etmişdi. Hakim heyəti Müğdət Həşimovun kassasiya şikayətindən imtina etməsi barədə ərizəsini təmin etmiş, onun verdiyi kassasiya şikayəti məhkəmə baxışından çıxarılmışdı.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müğdət Həşimov 9 il azadlıqdan məhrum olunub. Məhkəmə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsinə xitam verib.

Hökmdən narazı qalan Müğdət Həşimov və onun vəkili apellyasiya şikayəti verib. Müdafiə tərəfi birinci instansiya məhkəməsinin hökmünün ləğvini və bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin zərərçəkmiş Ramazan Zeynalov da apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Müğdət Həşimovun və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib. Bu qərardan narazı qalan təqsirləndirilən şəxs kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

İttihama görə, Müğdət Həşimov iş adamı Ramazan Zeynalova qarşı (Hacı Mazan) 163 min manatlıq dələduzluq edib.
Ramazan Zeynalov müqavilə əsasında klinikanın yerləşdiyi binanı Müğdət Həşimova icarəyə verib, ancaq icarə haqqını ala bilməyib.
Bundan başqa, Müğdət Həşimov vergi ödəməkdən boyun qaçırıb və külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Xatırladaq ki, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat edib.
“Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub.

Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib.

İddiaçı tərəfin maddi təzminatla bağlı tələbini də Yasamal Rayon Məhkəməsi qismən təmin edib və \”Medi Sina\” klinikası da daxil olmaqla, cavabdehlərin birdəfəlik 9,800 manat, həmçinin Elnarə Tofiqqızının övladlarının 18 yaşına çatana qədər hər birinə 136 manat (ali məktəbə girəcəkləri təqdirdə 23 yaşa qədər) məbləğində aylıq müavinət ödənilməsinə qərar verib.

İddiaçı tərəf təzminatın məbləğindən razı qalmayıb və Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. ( olke.az )

İnterpress.az