Toy günü başqasına qaçan gəlin: “Sevmədiyinlə yaşayıb əzab çəkməkdənsə…”backend

Toy günü başqasına qaçan gəlin: “Sevmədiyinlə yaşayıb əzab çəkməkdənsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Qaracala kənd sakinlərinin verdiyi məlumata görə, gəlin toydan bir gün əvvəl sevdiyi oğlanla qoşulub qaçıb:

“Onlar valideynlərin təkidi ilə nişanlanıb. Aralarında sevgi olmayıb. Amma hər ikisinin sevdiyi olub. Sadəcə valideynlər öz aralarında razılığa gəldiyindən gənclər buna qarşı çıxa bilməyib. Toya bir gün qalmış qız öz istədiyi ilə qoşulub qaçıb. Oğlan da gedib öz sevdiyi qızı götürüb gəlib. Deyiblər ki, sevmədiyinlə yaşayıb əzab çəkməkdənsə, toya bir gün qalmış qoşulub sevdiyinə getmək yaxşıdır. Hər iki tərəf bu evlilikdən razı qalıblar”.

Qeyd edək ki, Salyan rayonunda gəlin toy günü başqasına qoşulub qaçıb. \”Ölkə.az\”-ın məlumatına görə, pis duruma düşən bəy isə toy günü başqa bir gəlin taparaq evinə gətirib. (AzNews.a)

İnterpress.az