Kürdəmir sakinində 81 ədəd saxta dollar aşkarlandıbackend

Kürdəmir sakinində 81 ədəd saxta dollar aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-dən İnterpress.az -a verilən məlumata görə, sentyabrın 5-də Kürdəmir rayonunun Ərşəli kənd sakini olan bir qadın RPŞ-yə ərizə ilə müraciət edərək sentyabrın 4-də evinə gəlmiş həmkəndlisi Ramiz Hüseynovun ona dəyişmək məqsədilə 81 ədəd 50 ABŞ dollarlıq əskinas verməsini, sonradan həmin əskinasların saxta olmasını aşkar etməsini bildirib.

Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən R.Hüseynovun evinə baxış zamanı dövriyyədən çıxarılmış 9640 belarus rublu aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

İnterpress.az