Bütün istilik elektrik stansiyaları bağlanacaqbackend

Bütün istilik elektrik stansiyaları bağlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron ölkəsində bütün istilik elektrik stansiyalarının bağlanacağını deyib.

İnterpress.az xəbər verir ki, E.Makron bu barədə özünün rəsmi \”Twitter\” səhifəsində yazıb.

Ölkədə İES-ların ləğv edilməsi məsələsinə aydınlıq gətirən prezident bununla da Fransanın dünyada bu tip stansiyalardan xilas olan ilk dövlət olacağını bildirib.

O qeyd edib ki, bu qərarın əsas üstünlüyü ekologiya sahəsində öhdəliklərə sadiqlik nümayiş etdirməkdir.

\”Biz Fransadakı bütün istilik elektrik stansiyalarını bağlayacağıq. Biz bunu edəcək ilk ölkə olacağıq\” – deyə, Makron \”Twitter\”də yazıb.

İnterpress.az