“Azdrama” festivala gedirbackend

“Azdrama” festivala gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, 12-16 sentyabr tarixlərində Aktau şəhərində təşkil olunacaq Xəzəryanı Ölkələrin II Beynəlxalq Teatr Festivalında teatr “İuda” tamaşasını göstərəcək.

Tədbirdə Azərbaycanla yanaşı İran, Türkmənistan, Başqırdıstan, Tatarıstan və Qazaxıstan teatrları qatılacaq. Festival Qazaxıstanın məşhur teatr və kino aktyoru Nurmuxan Janturinin 90 illik yubileyinə həsr olunub.

Akademik Milli Dram Teatrının “İuda” mono tamaşası sentyabrın 16-da nümayiş etdiriləcək. Rejissor Anar Babalının quruluş verdiyi tamaşa əməkdar artist Ayşad Məmmədovun eyniadlı monopyesi əsasında hazırlanıb. Səhnə əsərində
Ayşad Məmmədov özü çıxış edir.

İnterpress.az