İnterpress.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcəklər.
Klubdan verilən məlumata görə, çoxsaylı istəklər nəzərə alınaraq, belə qərar verilib.
Qeyd edək ki, Avropa Liqasında E qrupunda yer alan “Qarabağ” İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” komandaları ilə üz-üzə gələcək.
Ağdam təmsilçisi ilk ev oyununu oktyabrın 4-də “Arsenal”a qarşı keçirəcək.
İnterpress.az