Bakıda kirayəneşini bıçaqladılarbackend

Bakıda kirayəneşini bıçaqladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda kirayədə yaşayan şəxs bıçaqlanıb.

Daxili İşlər Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Sabunçu rayon Polis idarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Mətləb Zalov saxlanılıb.

İnterpress.az