ABŞ Hərbi Hava Qüvvələrinin iki qırıcısı sentyabrın 8-də Suriyanın Deyr-əz-Zor əyalətinə fosforlu döyüş sursatları ilə zərbə endirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri general-leytenant Vladimir Savçenko məlumat verib.
\”Amerika aviasiyasının F-15 təyyarələri sentyabrın 8-i fosforlu yandırıcılı döyüş sursatlarından istifadə etməklə Deyr-əz-Zor əyalətinin Hacin yaşayış məntəqəsinə zərbə endirib\”, – deyə o bildirib.
Savçenko qeyd edib ki, zərbələr nəticəsində güclü yanğınlar baş verib, ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir.
O həmçinin xatırladıb ki, bu kimi sursatların tətbiqi 1949-cu il tarixli Cenevrə konvensiyasına əlavə protokol ilə qadağan edilir.(Report)
İnterpress.az