Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən metro stansiyalarında maraqlı aksiya həyata keçirilib.
İnterpress.az-ın xəbərinə görə, Rusiya İdman, Turizm və Gənclər Siyasəti Nazirliyinin və Moskva Metropoliteninin birgə layihəsi çərçivəsində metro stansiyalarında sərnişinlər üçün maraqlı aksiya keçirilib.
Metro stansiyalarında sərnişinlərin pulsuz metro kartına yiyələnməsi üçün başladılan layihə qısa zamanda böyük marağa səbəb olub.
Belə ki, şərtlərə əsasən, bir nəfərlik keçid haqqı olan pulsuz metro kartına sahib olmaq istəyən sərnişin müxtəlif effektiv idman hərəkətləri nümayiş etdirməli və 30 dəfə qalxıb oturmalıdır. Yalnız bu zaman həmin sərnişin daxilində bir gedişlik vəsait olan metro kartına sahib olur.
Moskva metrostansiyalarında başladın bu aksiyaya minlərlə sərnişin qoşulub. Hazırda layihənin Rusiyanın digər şəhərlərində də yerləşən metrostansiyalarında da həyata keçirilməsinə başladılır.
Qeyd edək ki, Rusiyada bir metro kartı 30 rubl məbləğinə (0.76 qəpik) satılır.
İnterpress.az