İnterpress.az \”Report\”-a istinadən xəbər verir ki, bu fikri Azərbaycanın Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü zamanı bildirib.
\”Bu adam əvvəlcə oğlunu Qarabağda qulluq etməyə göndərib, sonra da belə bəyanatla çıxış edirsə, deməli, danışıqlar prosesinin bitdiyini demək istəyir\”, – o deyib.
Politoloq həmçinin vurğulayıb ki, Moskva N.Paşinyanın belə ehtiyatsız bəyanatını heç də nikbinliklə qəbul etməyib: \”Putin və Kremlin Paşinyana və komandasına qarşı onsuz da mehriban olmayan münasibətini nəzərə alaraq demək olar ki, belə bəyanatlar Moskvanın onlara qarşı nifrətini dərinləşdirir\”.
İnterpress.az