İnterpress.az xəbər verir ki, bununla bağlı “Primecrime” məlumat yayıb.
Bildirilir ki, 54 yaşlı avtoritetin cəsədi dünən yerli vaxtla 22:30-da saxlanıldığı kamerada tapılıb. Əvvəllər məhkum olunmuş Vaqin “qanuni oğru” tituluna 1995-ci ildə yiyələnib.
Avtoritetlər Yuri Piçuqin (Piçuqa) və Vasili Xristofor (Voskres) ilə birlikdə Vaqon Aslan Usoyanın (Ded Xasan) dəstəsinin slavyan klanının rəhbərlərindən olub.
“O, sonuncu dəfə 2016-cı ildə polis işçisini qətlə yetirdiyi üçün həbs edilib. 2009-cu ildə isə o, “Soxo” restoranı qarşısında Daxili İşlər Nazirliyinin akademiyasının məzununu bıçaqla yaralayıb”, – məlumatda bildirilib. (Oxu.Az)
İnterpress.az