Rusiya təyyarəsi belə vurulub – VİDEObackend

Rusiya təyyarəsi belə vurulub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Oxu.Az-a istinadən xəbər verir ki, nazirliyin nümayəndəsi general-mayor İqor Konaşenkov xronologiyanın radiolokasiya qurğularından əldə olunan məlumatlar əsasında tərtib edildiyini bildirib.

O qeyd edib ki, sentyabrın 17-də Rusiyanın İl-20 təyyarəsi İdlib bölgəsindəki vəziyyətə nəzarəti həyata keçirib. Eyni zamanda dörd F-16 qırıcısından ibarət qrup Suriyaya zərbə endirmək üçün İsraildən havaya qalxıb.

İsrail qırıcıları Suriyanın sənaye obyektlərinə zərbə endirdikdən sonra Rusiya təyyarəsi bazaya dönmək əmrini alıb. Lakin raketlə vurularaq dənizə düşüb.


İnterpress.az