Rus hərbi bazası mühasirəyə alınıbbackend

Rus hərbi bazası mühasirəyə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya konsulluğu və 102 saylı hərbi bazanın ərazisində təhlükəsizlik tədbirləri daha da artırılıb. Konsullu və baza polis postları ilə mühasirəyə alınıb.

Polis postları Seryoja Avetisyanın ölümü ilə bağlı hər hansı hadisələrin qarşısını almaqdan ötrü gücləndirilib. Ehtiyat edilir ki, ölkədə yenidən etiraz aksiyaları başlasın.

Qeyd edək ki, yanvarın 12-də Rusiya hərbi qulluqçusu Valeri Permyakov Gümrüdə Avetisyanlar ailəsinin altı üzvünü güllələyib. Avtomatın gülləsi qurtardığına görə Permyakov 6 aylıq uşağı süngü ilə öldürməyə çalışıb. Lakin o yaralanıb. Bu gün isə 6 aylıq körpə xəstəxanada ölüb.

İnterpress.az