ABŞ-nin təyyarə daşıyan gəmisi İrana zərbə endirmək üçün mövqe tutur? – Gərginlik artır
İnterpress.az xəbər verir ki, bu barədə “MOUZE” məlumat yayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Abraham Lincoln” (Avraam Linkoln) təyyarə daşıyan gəmisi zərbə qrupu ilə birlikdə Cənubi Çin dənizini tərk edərək Ərəbistan dənizinə daxil olub.
Bildirilir ki, gəminin yaxın saatlarda İrana zərbə endirmək üçün zəruri olan məsafəyə çatacağı gözlənilir.
Hərbi gəminin yerdəyişməsi regionda gərginliyin artması kimi qiymətləndirilir.
Xuraman Etibarlı
İnterpress.az






