ABŞ 2022-ci ilin aprelindən bəri ilk dəfə Rusiyadan neft alıbbackend

ABŞ 2022-ci ilin aprelindən bəri ilk dəfə Rusiyadan neft alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ 2022-ci ilin aprelindən bəri ilk dəfə 2023-cü ilin noyabrında Rusiyadan neft idxal edib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ-ın xarici ticarət məlumatlarına görə, ölkə 2023-cü ilin noyabrında 10 min barrel Rusiya neftini 749 min dollara alıb.

İdxalın bir barel üçün 74,9 dollar olması diqqət çəkib.

ABŞ Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanın enerji sektoruna sanksiyalar tətbiq etməyə başlayıb və 2022-ci ilin aprelindən etibarən Rusiyadan neft idxalını dayandırıb.

G7 ölkələri də 2022-ci ilin dekabrında Rusiya neftinin barelinin 60 dollardan yuxarı qiymətini tətbiq ediblər.