ABŞ Bayden administrasiyasının Ukraynaya son yardım paketini açıqlayıb. Paketin dəyəri 500 milyon dollardır.
İnterpress.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin bildirib.
O deyib ki, yardıma Ukraynanın hava hücumundan müdafiəsi üçün əlavə raketlər, daha çox döyüş sursatı, daha çox hava-yer raketləri və Ukrayna F-16-larını dəstəkləmək üçün digər avadanlıqlar daxildir.
Xuraman Etibarlı
İnterpress.az